logo

Prezident 70 yaşlı deputatı ordenlə təltif etdi

18:30 21-11-2019 | icon 6692
Prezident 70 yaşlı deputatı ordenlə təltif etdi

Prezident İlham Əliyev noyabrın 21-də Mahir Aslanovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, sabah  Mahir Aslanovun 70 yaşı tamam olur.O, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisdə təmsil olunur və Aqrar siyasət komitəsinin üzvüdür.