logo

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

11:12 09-11-2019 | icon 238
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə  Azərbaycan xalqını təbrik edib.

YeniAvropa xəbər verir  ki, Mehriban Əliyeva bu barədə özünün rəsmi “İnstagram” səhifəsində paylaşım edib. Paylaşımda qeyd edilir: “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy, üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın!

Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!”.