logo

Ərdoğan noyabrın 13-də Vaşinqtona Trampla görüşə gedəcək

11:31 07-11-2019 | icon 238
Ərdoğan noyabrın 13-də Vaşinqtona Trampla görüşə gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı, bölgədə baş verən hadisələr də müzakirə olunub.

Məlumatda Donald Trampın dəvəti üzrə noyabrın 13-də Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfər edəcəyi bildirilir.