logo

Elman Rüstəmov: "Manatın məzənnəsi 2020-ci ildə də sabit qalacaq"

14:58 05-11-2019 | icon 189
Elman Rüstəmov: "Manatın məzənnəsi 2020-ci ildə də sabit qalacaq"

2020-ci ildə qarşımızda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.

 YeniAvropa xəbər verir  ki,  bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Elman Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.