logo

Bakıda Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək

18:48 04-11-2019 | icon 2107
Bakıda Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək

Noyabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası işə başlayacaq.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, tədbirdə nümayəndə heyətləri işçi qruplarda ikitərəfli hərbi əlaqələrin cari vəziyyətini nəzərdən keçirəcək və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

İclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi general-polkovnik Metin Gürakdır.

Hərbi dialoq çərçivəsində müzakirələrə noyabrın 7-də yekun vurulacaq.