logo

Güclü külək Bakıda ağacları aşırdı

13:30 02-11-2019 | icon 203
Güclü külək Bakıda ağacları aşırdı

Ötən gecə Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində 3 ağac aşıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. 

O, jurnalistlərə açıqlamasında bildirib ki, hadisə nəticəsində 1 avtomobilə ziyan dəyib: "Hadisə Nərimanov və Nəsimi rayonları ərazisində baş verib. 2 ağac Nərimanov rayonunda, 1 ağac isə Nəsimi rayonu ərazisində aşıb. Ağaclardan biri fərdi avtomobilə ziyan vurub. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".

O.Məmmədov daha sonra bildirib ki, paytaxtda bir neçə gün davam edəcək qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlar diqqətli olmalı, ağaclara yaxın ərazidə avtomobil saxlamamalı, dayanmamalıdırlar: "Çünki intensiv yağışlar nəticəsində torpaq qatı yumşalır və güclü külək ağacları asanlıqla aşıra bilir. Bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir".