logo

Aİ-nin Azərbaycandakı nümayəndəliyi: "Bakı küçələrində iğtişaşları dəstəkləmirik"

11:47 31-10-2019 | icon 3143
Aİ-nin Azərbaycandakı nümayəndəliyi: "Bakı küçələrində iğtişaşları dəstəkləmirik"

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsiylə bağlı iddialarını tamamilə rədd edir.

YeniAvropa xəbər verir  ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bəyanatında bildirilib.

"Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, "Şərq Tərəfdaşlığı" proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşımızdır. Aİ həmçinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli Saziş vasitəsi ilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq", - bəyanatda deyilir.

Qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir: "Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən təhsil və regional inkişafa dəstək verməklə bunu edirik".

"Aİ nümayəndəliyi beynəlxalq hüquq və təcrübəyə uyğun olaraq, Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə əlaqələrə malikdir. Bu, o deməkdir ki, biz dinləyirik, lakin tərəf tutmuruq. Bütün dünyada diplomatik xidmətlər tərəfindən tətbiq olunduğuna görə, biz də həm hökumət nümayəndələri, həm də müxalifət, vətəndaş cəmiyyəti və digər qruplarla görüşürük", - bəyanatda bildirilib.

Xatırladaq ki, daha əvvəl Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab olaraq mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Müxalifət isə bu qərarla razılaşmayaraq, 19 oktyabrda olduğu kimi, paytaxtın mərkəzində mitinq keçirəcəklərini bəyan edirlər.