logo

“Qərbi Çıraq” platformasında hasilat bərpa olunub

13:59 30-10-2019 | icon 238
“Qərbi Çıraq” platformasında hasilat bərpa olunub

“Azəri-Çıraq-Dərinsulu Günəşli”nin (AÇG) illik iş proqramının bir hissəsi olaraq “Qərbi Çıraq” platformasında oktyabrın 15-dən başlayaraq aparılan profilaktik işlər başa çatıb.

YeniAvropa xəbər verir  ki, bu barədə “BP Azerbaijan” şirkətindən bildirilib.Qeyd edilib ki, profilaktik işlər proqramında nəzərdə tutulmuş bütün işlər uğurla tamamlandıqdan sonra oktyabrın 29-da axşam saatlarından başlayaraq platforma işə salınıb və hazırda platformada hasilat tədricən əvvəlki səviyyəyə qaldırılır.

Xatırladaq ki, “Qərbi Çıraq” platformasında profilaktik işlər proqramı 15 günlük planlaşdırılmışdı. Proqrama əsasən məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxil idi.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.