logo

Bakıda MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçirilir

09:51 30-10-2019 | icon 2177
Bakıda MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçirilir

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası öz işinə başlayıb.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, tədbirdə Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının müdafiə naziri, general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının müdafiə naziri, general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının müdafiə naziri, general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Rayimberdi Duyşenbiyev iştirak edirlər. 

İclasda iştirak etmək üçün həmçinin, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də Bakıya gəlib. 

İclasda hərbi əməkdaşlığın hazırkı vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan Müdafiə Nazirləri Şurasının iclasına qatılmayıb.