Şeyxülislam Allahşükür Paşazadə Avstriyaya səfərə gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-30-da Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, səfər müddətində QMİ sədri KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən keçirilən bir sıra mühüm toplantılarda iştirak edəcək.
KAİSİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü olan Şeyxülislam A.Paşazadə əvvəlcə təşkilatın Tərəflər Şurası və Direktorlar Şurasının Mərkəzin yarandığı gündən bəri keçiriləcək ilk müştərək iclasına qatılacaq. Birgə iclasdan sonra İdarə Heyətinin 21-ci növbəti sessiyası keçiriləcək. Tədbirdə Mərkəzin son dövrlərdəki fəaliyyəti və qarşıdan gələn konfransı müzakirə olunacaq.
QMİ sədri oktyabrın 30-31-də keçiriləcək “Sözün gücü: nifrət nitqinə qarşı mübarizədə dinin, medianın və siyasətin rolu” adlı beynəlxalq konfransda iştirak edəcək. Konfransda KAICIID-in beynəlxalq səyləri və Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma birgə dinc yaşama, bərabər vətəndaşlıq və nifrət nitqinə qarşı yönələn səylərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma bölgədəki müsəlmanlar və xristianlar üçün ilk dinlərarası dialoq platformasıdır. Həmin platforma bölgənin 23 müsəlman və xristian dini lideri tərəfindən təsdiqlənmiş “Təsis sənədi” ilə formalaşdırılıb.
Konfransda 200-ə yaxın dini lider, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də siyasətçilər toplaşacaqlar. Tədbirin əsas məruzəçiləri Avstriya Respublikasının sabiq Prezidenti Haynz Fişer və BMT Baş katibinin soyqırımların qarşısının alınması üzrə xüsusi məsləhətçisi Adama Diengdir. Konfrans dünyanın müxtəlif bölgələrindən dini liderlər, dini qurumların yüksək vəzifəli nümayəndələri, siyasətçilər və beynəlxalq təşkilatların rəhbərləri arasında fikir və təcrübə mübadiləsi, birgə yanaşı yaşama, bərabər vətəndaşlıq və nifrət nitqlərinə qarşı mübarizə platforması kimi çıxış etmək məramı daşıyır.
Qeyd edək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunub və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq qurumdur. Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. Mərkəzin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı, müxtəlifliyə, ədalətə və sülhə ehtiramın artırılmasına yönəlmiş missiyası 5 qitənin 25 ölkəsindən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi heyətində öz əksini tapır.
Dialoq Mərkəzi Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir. KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan, din və dövlət xadimlərinin birgə təmsil olunduğu yeganə hökumətlərarası təşkilatdır.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır