logo

Sabah Bakı-Bakıxanov elektrik qatarları işləməyəcək

13:57 26-10-2019 | icon 2821
Sabah Bakı-Bakıxanov elektrik qatarları işləməyəcək

Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən  YeniAvropa -ya bildirilib ki, Böyükşor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti birgünlük dayandırılacaq.

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.