logo

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

10:30 25-10-2019 | icon 2268
Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir  ki, prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və digər rəsmi şəxslər qarşılayıblar.