logo

Hindistanın vitse-prezidenti Azərbaycana gəlir

10:57 24-10-2019 | icon 2184
Hindistanın vitse-prezidenti Azərbaycana gəlir

Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün işgüzar səfərlə Azərbaycana gələcək.

YeniAvropa xəbər verir  ki, səfərdə məqsəd oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etməkdir.

Səfər çərçivəsində Venkaya Naydunun bir sıra digər görüşlər keçirməsi də planlaşdırılıb.

Xatırladaq ki, Qoşulmama Hərəkatının Zirvə görüşündə  təşkilata sədrlik Venesueladan Azərbaycana keçəcək.