Bakıda 5G-nin sınaqları həyata keçiriləcək
"Tezliklə Bakıda da 5G şəbəkəsi tətbiq olunacaq".
"Report" xəbər verir ki, bu barədə “Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Sai Vu bu gün Bakıda keçirilən “Eurasia Innovation Day”də deyib. S.Vu qeyd edib ki, rəhbərlik etdiyi şirkət Azərbaycanda 17 ildir fəaliyyət göstərir:
"Bu gün Bakıda keçirilən üçüncü “Eurasia Innovation Day” tədbiri “Huawei” ilə Azərbaycanın əməkdaşlığına mühüm töhfədir. Burada 200-dən çox iştirakçı var. “Eurasia Innovation Day” İKT sahəsi ilə bağlı vacib müzakirələrin aparılması üçün mühüm platformadır: “Huawei” şirkəti artıq 17 ildir Azərbaycanda fəaliyyət göstərir. Əsasən tədqiqat işlərinə investisiya yatırmağı hədəfləyən “Huawei” açıq innovasiyalar kursuna riayət edir.
“Huawei” şirkəti 5G texnologiyaları sahəsinin texnoloji inkişafında lider olaraq qalır. Bu sahədə yeganə təhcizatçı olaraq “Huawei” şirkəti tərəfindən 60-dan çox kommersiya müqaviləsi imzalanıb və 400 mindən çox modul tipli qurğular istehsal edilib.
2019-cu ildə “Huawei” dünyanın 500 ən iri şirkəti arasında 61-ci yerdə qərarlaşıb. 32 il ərzində balaca şirkətdən böyük korporasiyaya çevrilmək üçün çoxsaylı səylər nəticəsində “Huawei” bu nailiyyəti əldə edib. Ancaq müvəffəqiyyətin açarı uzun müddət tədqiqat və inkişafa yatırılan sərmayə qoyuluşu oldu. “Huawei” texnoloji innovasiyalara və elmi araşdırmalara böyük önəm verir”.
Vitse-prezident qeyd edib ki, “Huawei” şirkəti mütəmadi olaraq hər il əlaçı tələbələrin Çində rəsmi ofisdə təcrübə keçməsinə şərait yaradır: “Bu layihələrdən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram layihəsidir. Gələcəkdə də bu cür layihələrin davamı olacaq”.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır