logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

12:50 23-10-2019 | icon 280
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 26 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa -ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər,  o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.