logo

Yeni baş nazir kadr islahatları aparır

10:52 23-10-2019 | icon 2100
Yeni baş nazir kadr islahatları aparır

Yeni təyin olunan baş nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

 YeniAvropa xəbər verir  ki, baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin işlər müdiri Adil Əhmədov işdən çıxarılıb.

Ə.Əsədovun sərəncamı ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası baş nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifələrindən azad ediliblər.

Ə.Əsədovun digər sərəncamları ilə Ələsgər Ələsgərov baş nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin işlər müdiri təyin ediliblər.

Verilən məlumata görə, kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.

Xatırladaq ki, prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov baş nazir təyin edilib.