İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - oktyabrın 12-13-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən YeniAvropa -ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, oktyabrın 12-də bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun dağətəyi rayonlarda 20-25°, dağlıq rayonlarda 12-17° isti olacağı proqnozlaşdırılır.
Lənkəran-Astara bölgəsində hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-25°, dağlıq rayonlarda 14-17° isti olacağı bildirilir.
Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 12-si gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturunun 20-25° isti olacağı ehtimal edilir.
Aran rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın maksimal temperaturu 23-28° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 12-də axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı ehtimalı var.
Paytaxtda isə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-də bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir. Oktyabrın 13-də mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gündüz 20-23° isti olacağı gözlənilir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır