logo

Azərbaycan-Əfqanıstan investisiya forumunun keçiriləcək

13:48 11-10-2019 | icon 455
Azərbaycan-Əfqanıstan investisiya forumunun keçiriləcək

Qarşıdakı aylarda Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi nəzərdə tutulur.

 YeniAvropa xəbər verir  ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən Əfqanıstan məhsulları sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində Əfqanıstanın sənaye və ticarət naziri Acmal Əhməd deyib.

O qeyd edib ki, bu gün Bakıda fəaliyyətə başlayan sərgi Əfqanıstan-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcək. “Azərbaycan tərəfinə sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığımızı bildiririk. Biz artıq təkcə ticarət sahəsində deyil, nəqliyyat-tranzit sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycan artıq nəqliyyat-tranzit mərkəzə çevrilib, biz bundan istifadə etmək istəyirik. Bu gün investisiya imkanları ilə bağlı növbəti aylarda forumun keçirilməsi ilə bağlı müzakirələr apardıq. Gördüyünüz kimi, burada Əfqanıstan iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı məhsulları, dağ-mədən sənayesi, təbii ehtiyatlar, səhiyyə və digər sahələri təmsil edən 50-dək iş adamından ibarət nümayəndə heyəti var. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz güclü tarixi və siyasi mədəni köklərlə bir-birinə bağlıdır. Qarşıdakı aylarda keçiriləcək tədbirlərin bu sahədəki əməkdaşlığımızı daha da möhkəmləndirəcəyinə inanırıq”,-deyə əfqan nazir vurğulayıb.