logo

NATO-nun Baş katibi Türkiyəyə səfər edib

12:59 11-10-2019 | icon 245
NATO-nun Baş katibi Türkiyəyə səfər edib

Oktyabrın 11-də NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib.

 YeniAvropa xəbər verir  ki, Şimali Atlantika Alyansının Baş katibi İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

İstanbulun Dolmabaxça Sarayında baş tutan görüş mətbuata qapalı şəkildə keçirilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatı NATO-Türkiyə münasibətlərində ən aktual mövzuya çevrilib.