Oktyabrın 9-da Xəzər dənizində növbəti zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 09:33-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.5 olub.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, Xəzər dənizində gün ərzində ilk zəlzələ saat 07:06-da baş verib və maqnitudası 4.4 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.