logo

Müxalifət Bakı meriyası qarşısında piket keçirir

15:10 08-10-2019 | icon 2401
Müxalifət Bakı meriyası qarşısında piket keçirir

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının tərəfdarları Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirirlər.

 YeniAvropa xəbər verir  ki, polis "İşərişəmər" metrostansiyasının həndəvərindəki bütün keçidləri və yol ayrıclarını canlı qüvvə və dəmir maneələrlə bağlayıb,  etirazçıların bir hissəsinin piket keçirilən məkana getməsinə icazə vermir.

Qeyd edək ki,  mövcud "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, piket keçirənlərin sayı 50 nəfərdən çox olmamalıdır və onlar piket keçirilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşə bilməzlər.

Bir neçə nəfərin saxlanıldığı bildirilir.