Azərbaycanın baş nazirləri arasında rekord Artur Rasizadəyə aiddir-22 il!
Bu saatlarda Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədovun rəsmən istefa verdiyi xəbəri yayımlanacaq. Belə ki, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə artıq daxil edilib.
YeniAvropa xəbər verir ki, Milli Məclisin gündəliyinə prezident İlham Əliyevin təqdimatı ilə Əli Əsədovun yeni baş nazir təyinatına razılıq verilməsi məsələsi də daxildir.
Azərbaycanın müstəqillik əldə etdikdən – 1991-ci ilin oktyabrından indiyədək ölkənin baş nazir olmuş şəxslərin siyahısı maraq doğurur. Gəlin onları təkrar xatırlayaq.
Müstəqil Azərbaycanın ilk baş naziri Həsən Həsənov olub. 1991-ci il fevralın 7-də bu vəzifəyə təyin edilən baş nazirin səlahiyyət müddəti cəmi 421 gün çəkib. O, 4 aprel 1992-ci ildə vəzifəsindən azad edilib. H.Həsənov Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın ilk tədbiri olan Bakıda 1991-ci ildə keçirilmiş iri Beynəlxalq Biznes Konqresinin təşkilatçısı kimi tarixdə qalıb.
Daha sonra müvəqqəti baş nazir təyin olunan Firuz Mustafayevin qısa səlahiyyət dövrü olub. O, baş nazir postunda cəmi 40 gün qalıb.
Yenicə müstəqillik əldə etmiş dövlətin siyasi həyatında kifayət qədər qarışıqlıq hökm sürdüyündən vəzifə dəyişiklikləri artıq normal hala çevrilmişdi. Ona görə, Azərbaycanın üçüncü baş naziri Rəhim Hüseynov da bu vəzifədə çox qala bilmədi. 1992-ci il mayın 14-də təyin olunan Rəhim Hüseynovun səlahiyyət müddəti 261 gün çəkdi və o, 30 yanvar 1993-cü ildə bu postdan uzaqlaşdırıldı.
Həmin dönəmdə yenidən müvəqqəti baş nazir təyin olundu. Bu posta nəzarət hazırda deputat olan Əli Məsimova tapşırıldı. Cəmi 82 günlük baş nazir olsa da, Ə. Məsimov "Azərbaycanın iqtisadi tərəqqi proqramı"nın və "Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətləri"nin müəllifi kimi yadda qalıb. O həmçinin, "Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası", "Aqrar islahatlar proqramı" və s. bu kimi konsepsiya, proqram və digər sənədlərin, eləcə də 30-dan artıq qanun layihəsinin hazırlanmasında bilavasitə iştirak edib. Ə. Məsimli 1993-cü il aprelin 28-də vəzifəsindən azad olunub.
Əli Məsimlinin müvəqqəti baş nazirliyindən sonra bu posta Pənah Hüseyn gətirilib. O, həmin il iyunun 30-na qədər bu vəzifədə qalıb.
Daha sonra növbə hökümətə qarşı qiyam qaldırmaqla xatırlanan Sürət Hüseynova çatıb. “Qiyamçı polkovnik” 30 iyun 1993-cü ildən 7 oktyabr 1994-cü ilə kimi baş nazir vəzifəsini icra edib.
Sürət Hüseynovdan sonra növbəti baş nazir Fuad Quliyev olub. O, digərlərinə nisbətən daha uzun müddət bu postda qalsa da, haqqında çox az məlumat var. Fuad Quliyev BMT-nin layihəsi əsasında Sumqayıtın azad iqtisadi zona elan edilməsinə nail olub. Onun dövründə “Qarabağ” neft yatağının kəşfiyyatı, neftin işlənməsi və istehsalı üçün xarici neft şirkətləri ilə müqavilə imzalanıb.
1996-cı il iyulun 20-də baş nazir postuna təyinat alan Artur Rasizadə 2003-c il iyulun 20-nə qədər bu vəzifədə qalıb.
Daha sonra isə onu Azərbaycanın hazırkı prezidenti İlham Əliyev əvəz edib. İlham Əliyev prezident seçildiyinə görə, baş nazirlik postundan ayrılıb.
2003-c il noyabrın 4-də Artur Rasizadə yenidən baş nazir vəzifəsinə gətirilib. O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzun müddətli baş nazir kimi Azərbaycan tarixinə adını yazdırıb.
Hazırda Azərbaycanın baş naziri Novruz Məmmədovdur. O 2018-ci il aprelin 21-I bu vəzifəyə təyin olunub. Bu gün isə vəzifəsindən istefa verəcəyi gözlənilir. Beləliklə, istefa qərarı təsdiqlənərsə, Novruz Məmmədovun səlahiyyət müddəti 534 gün olmaqla başa çatacaq.
"Modern.az"
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır