logo

Raket və artilleriya bölmələri döyüş atışları icra edib

15:15 07-10-2019 | icon 2345
Raket və artilleriya bölmələri döyüş atışları icra edib

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, eyni zamanda, səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış keçirilib.

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.