logo

Bakıda küləyin maksimal sürəti saniyədə 22 metrə çatıb

11:59 07-10-2019 | icon 196
Bakıda küləyin maksimal sürəti saniyədə 22 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 7-si şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində şimal-qərb küləyi əsib və bir sıra rayonlarda güclənib.

Departamentdən  YeniAvropa -ya bildiriblər ki, küləyin maksimal sürəti Tovuz, Naftalanda 28, Tərtərdə 26, Bərdədə 25, Balakəndə 24, Ağstafa, Ağdamda 22, Gəncədə 20, Mingəçevir, Gədəbəy, Şəkidə 18, Şabranda 16 metr/saniyəyə çatıb.

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 16-22 metr/saniyə təşkil edir, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrədək yüksəlib.

Oktyabrın 7-də gün ərzində küləyin maksimal sürətinin saniyədə 25-30, bəzi yerlərdə isə 33-35 metrədək güclənəcəyi gözlənilir. Gecə saatlarında küləyin sürəti saniyədə 15-20, arabir 23 metr olacaq, səhər isə mülayimləşəcək.