logo

İran nüvə tədqiqatlarını davam etdirəcək

15:37 06-10-2019 | icon 203
İran nüvə tədqiqatlarını davam etdirəcək

İran ABŞ və Avropa dövlətlərini bir il ərzində gözlədi. Lakin nə ABŞ, nə də Avropa dövlətləri saziş üzrə üzərlərinə götürdükləri öhdəliklərə əməl etmədilər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Bəhruz Kamalvəndi bu gün Tehranda keçirdiyi brifinqdə deyib.

O, İranın Ali rəhbəri Əli Xamneyinin “nüvə heç kimin deyil və heç kim iddia edə bilməz ki, mənim varlığımı və ya əmlakımı alırsan” fikirlərini xatırladaraq bildirib ki, İran kimsənin əlindən nə isə almaq istəyində deyil. İran öz nüvə tədqiqatlarını davam edəcək.

B.Kamalvəndi onu da qeyd edib ki, əgər Avropa və ABŞ 2015-ci ildə İran ilə imzalanman sazişə əməl etməyə başlasalar, onda rəsmi Tehran nüvə tədqiqatlarını dayandıra bilər.