logo

Mehdi Cənnətov Azərbaycan millisinin heyətinə cəlb edilib

14:49 06-10-2019 | icon 231
Mehdi Cənnətov Azərbaycan millisinin heyətinə cəlb edilib

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

YeniAvropa AFFA-ya istinadən xəbər verir ki, "Sumqayıt" klubunun qapıçısı Mehdi Cənnətov milliyə dəvət olunub.

Buna səbəb Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda qapıçı Səlahət Ağayevin zədələnməsidir.