logo

Vladimir Putin ad gününü təbiət qoynunda  keçirəcək

16:10 04-10-2019 | icon 224
Vladimir Putin ad gününü təbiət qoynunda  keçirəcək

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də öz ad gününü təbiət qoynunda doğma və yaxınlarının əhatəsində keçirəcək.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dimitri Peskov bildirib.

Qeyd edək ki, bu il Vladimir Putinin 67 yaşı tamam olacaq. O, çox zaman həmin gün dövlət tədbirlərində iştirak edir. 2017-ci ildə RF prezidenti Soçi şəhərində Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirmişdi.

2016-cı il oktyabrın 7-də Putin heç bir tədbirdə iştirak etməmiş, bundan öncəki il Gecə Xokkey Liqasında buz üzərinə çıxmış, 2014-cü ildə isə istirahət götürərək ad gününü sivilizasiyadan uzaqda - Sibir tayqasında qeyd etmişdi.