logo

Ukrayna ilə Rusiya arasında əsirlərin genişmiqyaslı mübadiləsi planlaşdırılır

13:59 04-10-2019 | icon 210
Ukrayna ilə Rusiya arasında əsirlərin genişmiqyaslı mübadiləsi planlaşdırılır

Ukraynanın xarici işlər naziri Vadim Pristayko bildirib ki, gələn həftə Ukrayna ilə Rusiya arasında əsirlərin yeni mübadiləsi baş tuta bilər.

YeniAvropa xəbər verir  ki,  Ukrayna xarici siyasət idarəsinin rəhbəri bu barədə “1+1” telekanalının birbaşa efirində danışıb.

Pristayko deyib: “Yaxın vaxtlarda, ümidvaram ki, artıq gələn həftə biz daha genişmiqyaslı mübadilə aparmağı planlaşdırırıq”.

Nazirin sözlərinə görə, “Ştaynmayer formulu” Zelenskinin başladığı prosesin tərkib hissəsidir. O, daha sonra vurğulayıb ki, Ukrayna Prezidenti tərəfindən görülmüş tədbirlər dövlətlər arasında qarşılıqlı əlaqələrin daha da fəallaşmasına və əsirlərin qaytarılmasına kömək edir.

Xatırladaq ki, sentyabrın 7-də Ukrayna ilə Rusiya arasında əsirlərin “35-in 35-ə” formatında mübadiləsi aparılıb.