logo

Ekvador OPEC-i tərk etməyə hazırlaşır

11:57 02-10-2019 | icon 2751
Ekvador OPEC-i tərk etməyə hazırlaşır

Ekvador Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sıralarını tərk etməyə hazırlaşır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, neft hasilatını razılaşdırılan həcmdən daha da çox artırmaq istəyən Cənubi Amerika dövləti bu ilin sonunda karteli tərk edə bilər. Bu ölkənin Energetika Nazirliyinin məlumatına görə, OPEC üzvlüyündən çıxma addımı hökumətin xərcləri azaltmaq və dövlət gəlirlərini artırmaq planı ilə üst-üstə düşür.

Qeyd edək ki, OPEC çərçivəsində hər ölkə üzərinə götürdüyü kvotadan artıq neft istehsal edə bilməz və Ekvador bu öhdəlikdən azad olmaq üçün OPEC üzvlüyünü dayandırmaq qərarı verib. 1973-cü ildən OPEC-ə üzv olan Ekvador 1992-2007-ci illərdə təşkilatdakı üzvlüyünü dondurmuşdu. Energetika Nazirliyindən bildirilib ki, OPEC-in fəal üzvlərindən biri olan Ekvador gələcəkdə də kartelə üzv ölkələrlə əməkdaşlığını davam etdirəcək.

OPEC ölkələrinin ümumi neft ehtiyatlarının 0,7 faizinə malik olan Ekvador kartelin kiçik üzvlərindən hesab olunur.