logo

“Düdelanj”-“Qarabağ” oyununu şotlandiyalı hakimlər idarə edəcək

15:57 30-09-2019 | icon 2751
“Düdelanj”-“Qarabağ” oyununu şotlandiyalı hakimlər idarə edəcək

Oktyabrın 3-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Düdelanj”–“Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

 YeniAvropa xəbər verir ki, qarşılaşma şotlandiyalı hakimlər briqadasına tapşırılıb. Görüşün əsas referisi Con Biton olacaq. Ona həmyerliləri Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Norveçli Yon Eylif Skyervold matçın hakim-inspektoru, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi olacaq.

Lüksemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

A qrupunda yer alan ağdamlıların digər rəqibləri Kiprin APOEL və İspaniyanın “Sevilya” komandalarıdır.

İlk turda “Qarabağ” öz meydanında “Sevilya”ya 3:0 hesabı ilə məğlub olub. “Düdelanj” isə səfərdə APOEL-dən güclü olub – 4:3.