Bakıda Almaniya-Azərbaycan biznes forumu keçirilib
Sentyabrın 27-də Bakıda sənayenin və infrastrukturun modernləşdirilməsi üzrə Almaniya-Azərbaycan biznes forumu keçirilib.
YeniAvropa xəbər verir ki, forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Builki forumun əsas mövzuları maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur və kənd təsərrüfatı, qida sənayesi olub.
“AHK Azərbaycan”ın icraçı direktoru Tobias Baumann ənənəvi keçirilən biznes forumun əhəmiyyəti barədə danışıb. Bildirib ki, biznes forumun məqsədi alman və Azərbaycan şirkətlərini biznes platforması ilə təmin etmək, onların yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməsi və öz layihə və təkliflərini təqdim etməsinə şərait yaratmaqdır.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sənayenin modernləşdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi, Azərbaycanda biznes və investisiya mühitinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən sistematik tədbirlərdən danışıb. O, davamlı iqtisadi inkişafı rəqabətqabiliyyətli iqtisadiyyatın və məşğulluğun təmin olunması, ixrac potensialının gücləndirilməsi və sahibkarlığın inkişafının dövlət siyasətinin əsas hədəflərindən biri olduğunu deyib.
Almaniya və Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişafı haqqında danışan N.Səfərov bu ilin 7 ayı ərzində iki ölkənin ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarından çox olduğunu vurğulayıb. Almaniyanın Azərbaycanda həyata keçirilən Tvininq layihələrinə böyük maraq göstərdiyini qeyd edən nazir müavini dövlət orqanları tərəfindən həyata keçirilən və əsasən energetika, kənd təsərrüfatı, statistika, standartlaşma, insan hüquqları kimi sahələri əhatə edən Tvininq tenderlərinin əksəriyyətində alman nümayəndələrinin iştirak etdiyini deyib.
“AHK Azərbaycan”ın Almaniyanın xarici iqtisadi siyasətində çox vacib bir platforma olduğunu vurğulayan Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq yüksək səviyyəli tərəfdaşların bir araya gətirilməsində və alman şirkətlərinin Azərbaycan bazarı haqqında məlumatlılığının artırılması və yeni əməkdaşlığın yaradılması üçün
nümayəndə heyətlərinin səfərlərinin təşkilində Alman-Azərbaycan Xarici Ticarət Palatasının rolunu qeyd edib. Səfir bildirib ki, Azərbaycanın hüquqi əsaslarla beynəlxalq iqtisadi sistemə söykənən müasir və qloballaşan iqtisadiyyata doğru addımlamasında Almaniya hər zaman öz dəstəyəni göstərməyə hazırdır.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının vitse-prezidenti Fərid İsayev “AHK Azərbaycan” tərəfindən təşkil olunan tədbirlərin və forumların ölkələrimiz arasında ikitərəfli münasibətlərə və iqtisadi əməkdaşlığa verdiyi töhfədən bəhs edərək palatanın dövlət-özəl sektorları arasında əlaqələrin gücləndirilməsindəki mühüm rolunu vurğulayıb.
Biznes forum maliyyə və biznes mühitinə həsr olan plenar sessiya ilə davam edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov təmsil etdiyi qurum tərəfindən biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər, maliyyə sektorundaki perspektivlər və xarici qurumların da dəstəyi ilə palatanın yaxın gələcəkdə həyata keçirəcəyi tədbirlər haqqında iştirakçıları məlumatlandırıb.
“AccessBank” ASC-ın idarə heyətinin sədri və baş icraçı direktoru Anar Həsənov, “Bayerische Landesbank”ın Rusiya və MDB dövlətləri ilə əlaqələr üzrə baş meneceri Helmut Mader, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte və “Ekvita LLC” şirkətinin direktoru İlqar Mehdi maliyyə və bank sektorunun inkişafı barədə fikirlərini bölüşüblər.
Azərbaycanda maliyyə və biznes mühiti barədə impuls bölümündən əlavə, iqtisadi islahatların aparıcı
qüvvəsi kimi nəqliyyat və infrastruktur, eləcə də kənd təsərrüfatı və qida sənayesində paralel müzakirələr builki forumun gündəliyini təşkil edib.
Tədbirdə müvafiq dövlət qurumlarından, yerli və alman şirkətlərindən 300-dək nümayəndə iştirak edib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır