logo

Bakıda içərisində külli miqdarda pul olan seyfi oğurlayan dəstə tutulub

16:55 26-09-2019 | icon 266
Bakıda içərisində külli miqdarda pul olan seyfi oğurlayan dəstə tutulub

Paytaxtda içərisində külli miqdarda pul olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, sentyabrın 23-də Səbail rayonu ərazisindəki evlərin birindən içərisində 1800 ABŞ dolları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Cəbiyev, K.Nəcəfov və S.Atakişiyeva Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.