logo

Rusiya 2022-ci il futbol üzrə dünya çempionatından kənarda qaia bilər

15:50 24-09-2019 | icon 280
Rusiya 2022-ci il futbol üzrə dünya çempionatından kənarda qaia bilər

Rusiya Antidopinq Agentliyi (RUSADA) Dünya Antidopinq Agentliyinin (WADA) tərkibindən çıxarılarsa, o halda Rusiya yığması Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatında iştirak etməyə bilər.

YeniAvropa xəbər verir  ki, bu barədə "BBC" agentliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Dünya Antidopinq Agentliyi (WADA) dopinq nümunələrinin Moskva laboratoriyasının məlumat bazasında uyğunsuzluq aşkarlayıb və RUSADA-nı çempionatdan kənarlaşdıra bilər. Rusiya tərəfinə uyğunsuzluğun izahını hazırlayıb təqdim etmək üçün üç həftə vaxt verilib.

Mənbənin məlumatına görə, Rusiya təşkilatının kənarlaşdırılacağı halda cəza WADA-nın kodeksi üzrə fəaliyyət göstərən bütün idman yarışlarına, o cümlədən futbol üzrə dünya çempionatlarına da aid edilə bilər.