logo

Ravil Qaynutdin yenidən Rusiya Müsəlmanları İdarəsinin sədri seçilib

21:20 23-09-2019 | icon 245
Ravil Qaynutdin yenidən Rusiya Müsəlmanları İdarəsinin sədri seçilib

Moskvada Rusiya Müsəlmanları İdarəsinin (RMİ) VII hesabat-seçki qurultayı keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, 500-dən çox nümayəndənin qatıldığı VII hesabat-seçki qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMİ-nin başçısı, müfti Ravil Qaynutdinin 60 illik yubileyi qeyd olunur.

Rusiya müsəlmanlarının qurultayı Moskva Böyük Məscidində ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurulub, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib. Ravil Qynutdin 7-ci dəfə RMİ-nin sədri seçilib.

Qeyd edək ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə - sovet hakimiyyəti dövründə, Böyük Vətən müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.