logo

Nyu-Yorkda Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü keçirilir

21:50 22-09-2019 | icon 2366
Nyu-Yorkda Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü keçirilir
ABŞ-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb.
 YeniAvropa xəbər verir  ki, bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
"Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri bildirib.