logo

Polis 1,3 ton narkotik vasitəni müsadirə etdi

20:29 22-09-2019 | icon 336
Polis 1,3 ton narkotik vasitəni müsadirə etdi

İranın Xuzistan vilayətində polisin keçirdiyi əməliyyat zamanı 1 ton 300 kiloqram narkotik vasitə müsadirə olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə vilayətin rəhbəri Əli Buyeri məlumat verib.

Onun sözlərinə görə, narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq məqsədilə vaxtaşırı reydlər keçirilir. Ötən gün polis xüsusi əməliyyat hazırlayaraq şübhəli bilinən məkanlarda axtarışlar aparıb. Əməliyyat zamanı həbs olunanlar var. Polis narkotik vasitələrin İrana gətirilməsi yollarını axtarır. Hazırda istintaq davam edir.