logo

Bakıdakı konfransda kölgə iqtisadiyyatına qarşı mübarizədən danışılır

10:27 13-09-2019 | icon 385
Bakıdakı konfransda kölgə iqtisadiyyatına qarşı mübarizədən danışılır

Sentyabrın 13-də Bakıda Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

 YeniAvropa xəbər verir ki, konfransda Avstriya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Rusiya, Latviya, Qazaxıstan və Çilidən olan kölgə iqtisadiyyatı məsələləri üzrə ixtisaslaşmış alimlər, audit və mühasibatlıq üzrə beynəlxalq və yerli qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarının, elmi-tədqiqat institutlarının, özəl sektorun, ümumilikdə 60-dan çox qurumun nümayəndələri iştirak edir.

Məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın və hesabatlılığın səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmasıdır.

Konfransda 30-dək təqdimat dinləniləcək və müzakirələr aparılacaq.