logo

Zakir Həsənov “TurAz Qartalı - 2019” təliminin iştirakçıları ilə görüşüb 

22:21 12-09-2019 | icon 2149
Zakir Həsənov “TurAz Qartalı - 2019” təliminin iştirakçıları ilə görüşüb 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti ilə salamlaşıb.
Ölkələrimizin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayan müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu qeyd edib. O, təlim  iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.
Sonra təlimlərin yekununa dair yüksək səviyyəli qonaqlara brifinq təqdim olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin konsert proqramından sonra təlim iştirakçılarına hədiyyələr təqdim edilib. Sonra qonaqlar və təlim iştirakçıları üçün birgə nahar təşkil edilib.
Qeyd edək ki, Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edib.