Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib
Sentyabrın 12-də Rusiyanın Sverdlovsk vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və sair sahələrdə fəaliyyət göstərən 120-dən çox iş adamı iştirak edib.
İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4,7 milyard ABŞ dolları sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1,2 milyard dollar təşkil edir.
Nazir müavini deyib ki, iqtisadi əlaqələrin inkişafında Rusiyanın federal subyektləri, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlıq önəmlidir. Sentyabrın 11-də Sverdlovsk vilayəti ilə Azərbaycan arasında imzalanan sənədlər müxtəlif sahələri əhatə edir. Bu, bir daha əlaqələrimizin çoxşaxəli olduğunu göstəirir: “Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialı böyükdür və bu məqsədlə tədbirlər davam etdirilir. Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild”, “Innoprom” sərgilərində nümayiş olunur, Rusiyaya ixrac missiyaları təşkil edilir, regionlararası forumlar keçirilir”.
Sverdlovsk vilayətinin Beynəlxalq Münasibətlər və Xarici İqtisadiyyat naziri Vasiliy Kozlov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Sverdlovsk vilayətinin sahibkarlarının Azərbaycana səfərinin təşkil edilməsi planlaşdırılır.
Biznes forumda Azərbaycanın biznes mühiti və investisiya imkanları, sənaye parkları barədə təqdimatlar edilib, Sverdlovsk vilayətinin iqtisadi potenisalı barədə videoçarx nümayiş olunub.
Həmçinin biznes forum çərçivəsində Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin "VINAZ" MMC, həmçinin Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin "TEN" şirkətlər qrupu arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.
Sonra iş adamları əlaqələrin genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib