Bakıda Avropa Şurasının yaranmasının 70 illiyi qeyd edilib
Sentyabrın 11-də Azərbaycan-Fransız Universitetində Avropa Şurası Parlament Assambleyasının(AŞPA) prezidenti Lilian Mori Paskienin iştirakı ilə Avropa Şurasının yaranmasının 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə Lilian Mori Paskie çıxış edərək əsas prinsipləri insan hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi olan bu təşkilata Azərbaycan Respublikasının 2001-ci ildən tamhüquqlu üzv qəbul edildiyini xatırladıb. O deyib ki, Azərbaycanın və digər ölkələrin Avropa Şurası Parlament Assambleyasına qoşulması Avropada geniş vəhdətə nail olunmasında mühüm rol oynayıb. Ona görə də AŞPA-nın 70 illiyi ilə bağlı tədbir Azərbaycanda keçirilir. Qurumun rəhbəri yaradılan bu imkana görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. AŞPA prezidenti təşkilata üzv ölkələrin siyasi əməkdaşlığı və dialoqu inkişaf etdirməsinin vacib olduğunu deyib.
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən bəhs edib. O bildirib ki, Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olduqdan sonra məhkəmə-hüquq sistemində, insan hüquqlarının qorunması sahəsində mühüm işlər görüb. Bundan başqa, mətbuat və söz azadlığının qorunması sahəsində, korrupsiyaya qarşı mübarizədə islahatlar aparılıb. Ölkəmiz onlarla beynəlxalq sənədə qoşulub.
Qeyd edək ki, tədbirdə Avropa Şurası Katibliyinin Hüquqi məsələlər və qanunun aliliyi üzrə baş direktoru Kristos Giakoumopoulos, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov, Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyes və digər şəxslər iştirak ediblər.
Dəyirmi masa müzakirələrlə davam edib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır