Yol polisi gücləndirilmiş iş rejimində işləyəcək
Yol polisinin əməkdaşları yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəklər.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, yeni dərs ilinin başlaması ilə əlaqədar hər il olduğu kimi, bu il də ənənəvi olaraq təhlükəsizliyin təmin edilməsi ilə bağlı, xüsusilə məktəbyaşlı uşaqların yol-qəza hadisələrindən həyat və sağlamlıqlarının qorunması, eləcə də yol hərəkəti qaydalarına dair onlara biliklərin verilməsi ilə əlaqədar sentyabrın 15-dən oktyabrın 15-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə artıq tədbirlər planı hazırlanıb. Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək. Eyni zamanda, təhsil müəssisələrinin ətrafında süni sıxlığın, tıxacların yaranmaması üçün həmin ərazilərdə əməkdaşlarımız xidmət aparacaq və dayanma-durma tələblərinin yerinə yetirilməsi ilə bağlı nəzarət gücləndiriləcək. Bununla əlaqədar avtomobillərin sahiblərindən, sürücülərdən xahiş edirik ki, təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb azyaşlıların düşürüb- mindirilməsinə diqqət yetirsinlər. Unutmayın ki, bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaqla eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də belə məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir.
“Yol hərəkəti qaydalarının öyrədilməsi, azyaşlı uşaqların həyat və sağlamlıqlarının yol-qəza hadisələrindən qorunması ilə bağlı müəllimlərə və valideynlərə də müraciət edirik ki, siz də ən azından yol hərəkət qaydalarına dair bildiklərinizi uşaqlara öyrədin. Unutmayaq ki, təhlükəsizliyin təmin edilməsi hər birimizdən asılıdır. Məlumat üçün bildirirəm ki, aparılan təhlillər onu deməyə əsas verir ki, süni sıxlığın, tıxacların yaranması təhsil müəssisələri və onlara bitişik ərazilərdə dayanma-durma tələblərinin düzgün yerinə yetirilməməsi ilə bağlıdır. Bu məqsədlə aparılan müşahidələr də göstərir ki, bu ərazilərdə dayanma-durma tələbləri düzgün yerinə yetirilsə və əvvəlcədən sürücülər bunu düzgün nəzərə alıb təlimat üzrə hərəkət etsələr süni sıxlıq da yaşanmaz. Məsələ bundadır ki, bir çox sürücülər düz məktəbin qapısında avtomobili saxlamaqla uşağın minib-düşməsini təmin edirlər. Bu da həmin ərazilərdə sıxlığın yaranmasına səbəb olur”, - deyə V.Əsədov qeyd edib
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır