logo

İlin əvvəlindən Azərbaycan-Rusiya ticarət dövriyyəsi 23 % artıb

12:36 11-09-2019 | icon 2709
İlin əvvəlindən Azərbaycan-Rusiya ticarət dövriyyəsi 23 % artıb

Cari ilin 7 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb. Ölkəmiz Rusiyanın əsas ticarət tərəfdaşlarındandır.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumaat verib. 

Nazir iki ölkənin ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialının böyük olduğunu bildirib: “Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur”.