logo

Bu gün Aşura günüdür

09:15 10-09-2019 | icon 189
Bu gün Aşura günüdür

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

YeniAvropa xəbər verir  ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şuranın fətvasında hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-nin Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura gününün isə sentyabrın 10-na təsadüf etdiyi bildirilib.

Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Qeyd edək ki, Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.