Sentyabrın 6-da Cəlilabad seysmoloji stansiyasından 14 kilometr cənubda - Cəlilabad rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:41:04-də qeydə alınıb.
Ocağı 24 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.