logo

Moldova NATO ilə bağlı rəsmi mövqeyini açıqladı

15:30 05-09-2019 | icon 2828
Moldova NATO ilə bağlı rəsmi mövqeyini açıqladı

Moldova neytral ölkədir, hər hansı hərbi bloka, o cümlədən NATO-ya daxil olmaq məsələsinə baxmır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikri Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə Moldova prezidenti İqor Dodon söyləyib.

İqor Dodon qeyd edib ki, ölkənin neytrallığı Konstitusiyada əksini tapıb və bu, Moldovanın xarici siyasətinin əsas prioritetidir.

“Əsas məqsədimiz qarşılıqlı anlaşma fonunda bütün beynəlxalq tərəfdaşlarımızla mehriban münasibətləri inkişaf etdirməkdir. Biz Şərq və Qərbdəki bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq”, - deyə Dodon əlavə edib.