logo

“Qarabağ”ın oyununa bilet 150 avroya satılır

14:25 05-09-2019 | icon 322
“Qarabağ”ın oyununa bilet 150 avroya satılır

Avropa Liqasında böyük sensasiya edərək qrup mərhələsinə qədər irəliləyən “Düdelanj” bu raund üçün bilet qiymətlərini müəyyənləşdirib.

 YeniAvropa xəbər verir  ki, Lüksemburq komandası "Qarabağ", eləcə də "Sevilya" və APOEL ilə qarşılaşmada  biletlərin qiymətini eyni məbləğdə təyin edib.

Yerli mətbuatın yazdığına görə, rəqiblərlə ev oyunlarını izləmək istəyən lüksemburqlular  tribunalar üzrə müvafiq olaraq 75, 100 və 150 avrolarından keçməli olacaqlar. İlk olaraq sentyabrın 13-də "Qızıl kart", abunə və ya üzvlük kartı olanlar biletlərini əldə edə biləcəklər. Qalan biletlər isə ertəsi gün satışa çıxarılacaq.

Bundan başqa, klub rəhbərliyi "Sevilya" və "Qarabağ"la səfər matçlarına azarkeş aparmağı planlaşdırır.

Qeyd edək ki, "Dudelanj" qrupda ilk ev oyununu oktyabrın 3-də "Qarabağ"a qarşı keçirəcək. Lüksemburq çempionu Ağdam təmsilçisini "Cosi Bartel" stadionunda qəbul edəcək.