logo

Özbək abituriyent eyni vaxtda 18 ali məktəbə qəbul olunub

14:27 03-09-2019 | icon 266
Özbək abituriyent eyni vaxtda 18 ali məktəbə qəbul olunub

Özbək abituriyent Jaxangir Muxammadkarimov eyni vaxtda 18 ali məktəbə qəbul olunub və ölkə tarixində özünəməxsus rekorda imza atıb. O, daha bir universitetdən cavab gözləyir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Jaxangir Muxammadkarimovun ali məktəblərə qəbul olunduğu ölkələr sırasında Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Koreya Respublikası, Rusiya və digər ölkələrin adı var. O isə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Daşkənddəki filialını seçib.

Xatırladaq ki, 2018-ci ildə daha bir özbək abituriyent dünyanın 14 ali məktəbinə qəbul olunmuşdu.