logo

Bu gün “Qarabağ”ın qrup mərhələsində rəqibləri bilinəcək

10:11 30-08-2019 | icon 518
Bu gün “Qarabağ”ın qrup mərhələsində rəqibləri bilinəcək

Avqustun 30-da UEFA Avropa Liqasının qrup mərhələsinin 2019-2020-ci il mövsümü üzrə püşkatma mərasimi keçiriləcək.

YeniAvropa xəbər verir  ki, əsas raundda iştirak edəcək 48 komanda 12 qrupa bölünəcək. Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Qrup mərhələsini qalib kimi başa vuran 12 komanda qrup ikinciləri ilə qarşılaşdırılacaq. Onaltıdabir final mərhələsində eyni ölkəni təmsil edən komandaların görüşü UEFA-nın reqlamentinə əsasən mümkün deyil.

Qaydalara görə, komandaların adları dörd səbətə yerləşdirilib.

Bölgü belədir:

1-ci səbət:

"Sevilya" (İspaniya), "Arsenal" (İngiltərə), "Porto" (Portuqaliya), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə), "Dinamo (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Bazel” (İsveçrə), “Sportinq” (Portuqaliya), MOİK (Moskva, Rusiya), “Volsburq” (Almaniya), “Latsio” (İtaliya).

2-ci səbət:

PSV (Hollandiya), “Krasnodar” (Rusiya), “Seltik” (Şotlandiya), “Kopenhaqen” (Danimarka), “Braqa” (Portuqaliya), “Gent” (Belçika), “Borussiya M” (Almaniya), "Yanq Boyz” (İsveçrə), “Astana” (Qazaxıstan), “Ludogorets”(Bolqarıstan), APOEL (Kipr), “Ayntraxt” (Frankfurt, Almaniya).

3-ci səbət:

“Sent-Etyen” (Fransa), “QARABAĞ” (AZƏRBAYCAN), “Feyenord” (Hollandiya), “Xetafe” (İspaniya), “Espanyol” (İspaniya), Malmö (İsveç), Partizan (Serbiya), "Standard" (Belçika), "Volverhemton" (İngiltərə), "Renn" (Fransa), "Rosenborq" (Norveç), "İstanbul Başakşehir" (Türkiyə).

4-cü səbət:

“AZ Alkmar” (Hollandiya), “Vitoria” (Portuqaliya), “Trabzonspor” (Türkiyə), “Aleksandriya” (Ukrayna), “Düdelandj” (Lüksemburq), LASK (Avstriya), “Volfsberger” (Avstriya), “Slovan"(Slovakiya), “Luqano” (İsveçrə), “Rencers” (Şotlandiya), “CFR Cluj” (Rumıniya), “Ferencvaroş" (Macarıstan).