logo

Qubada məsciddən xalçaları oğurlayan qadın saxlanılıb

14:42 29-08-2019 | icon 287
Qubada məsciddən xalçaları oğurlayan qadın saxlanılıb

Qubada məsciddən xalçaları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Quba rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən məscidlərin birindən bir neçə xalçanın oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçaların Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, xalçaları gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.