logo

Salyanda mağazalardan oğurluq edən şəxslər saxlanılıblar

19:47 26-08-2019 | icon 280
Salyanda mağazalardan oğurluq edən şəxslər saxlanılıblar

Salyan rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, avqustun 24-də Salyan şəhər ərazisindəki mağazaların birindən 65 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri K.Məmmədova, əvvəllər məhkum olunmuşlar Ə.Cəfərov və R.Eyvazov Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.

R.Eyvazovun və K.Məmmədovanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların avqustun 25-də şəhər ərazisindəki daha bir mağazadan 625 manat pul oğurlamaları da müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş S.Mansurov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.